GİLAN MMC-NİN “YENİ MÜSAVAT”A QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

İyulun 6-da  2 saylı İnzibati-İqtisadi Məhkəmədə hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan” Qəbələ Konserv Zavodu"  MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün (9 iyul) Reportyorlarin Azadlıq və Təhlükəsizlik İnstitutuna “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.
Prosesdə müdafiə tərəfin vəkilləri Elçin Sadıqov və Vaqif Hüseyn, eləcə də iddiaçı tərəfin nümayəndələri iştirak ediblər.
Vəkilin sözlərinə görə, iddiaçı tərəfin nümayəndəsi iş haqqında hakimə məlumat verdi və “Yeni Müsavat” qəzetində şirkətə qarşı yazılan yazıların böhtan olduğunu bildirib. Daha sonra o çıxışı zamanı adıçəkilən şirkətin sertifikatlarını da hakimə təqdim etdi və qəzetdə təkzib verilməsini, üzr istənilməsini və dəyən ziyana görə “Yeni Müsavat”dan 1 milyon manat tutularaq “Gilan-Holdinq”ə ödənilməsini xahiş edib. Öz növbəsində qəzetin vəkilləri  “Jalə” şirələrinin ekspertizadan keçirilməsini xahiş ediblər. Hakim Xaliq İmanov prosesin 23 iyul saat 12:00-a təyin edildiyini elan edib.
Xatırladaq ki, “Gilan” Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetini məhkəməyə verib. İddiaya 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) “Yeni Müsavat”da dərc olunmuş “Jalə 100 faiz təhlükəli şirədir” başlıqlı yazı səbəb olub.
Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

PREZİDENT İNFORMASİYA ƏLDƏ ETMƏYİ MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİYİNİ TƏSDİQLƏDİ

Next Post

ƏVƏZ ZEYNALLIYA QARŞI VERGİDƏN YAYINMA İTTİHAMI LƏĞV EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.