Bu gün (21 avqust) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair iddiasına əsasən hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında iddia icraata götürülüb və proses 31 Avqust saat 11.00-a təyin edilib.
Qeyd edək ki, SMDT-nin qeydiyyat üçün 26 yanvar 2009-cu ildə təqdim etdiyi sənədləri 29 aprel 2009-cu ildə Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi geri qaytarıb və qaydasında olmadığını bildirib. SMDT-nin təsisçiləri Ədliyyə nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə nazirliyinə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırmışdılar. Yasamal rayon məhkəməsi isə SMDT təsisçilərinin müraciətini əsassız iddialarla qəbul etməyərək, 3 dəfə iddianı icraata almaqdan imtina etmişdi.