MƏHBUSLARA BƏZİ QƏZETLƏR VERİLMİR

 Dünən Bakı Apellyasiya Məhkəməsində sabiq nazir Əli İnsanovun saxlanma şəraitinə görə Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı verilən şikayətinə baxılıb.

“Azadlıq” qəzetinin bu günkü sayında verilən məlumata görə, sabiq nazirin vəkili Ağaveyis Şahverdi məhkəmədə çıxışı zamanı qeyd edib ki, “Ə. İnsanova müstəqil mətbuatla tanış olmağa imkan verilmir. O, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini oxumaq istəyir”.
Pentensiar Xidmətin nümayəndəsi Ağaməmməd Məmmədov vəkilin dediklərinə cavab olaraq bildirib ki, bəzi qəzetlər məhbuslara ona görə verilmir ki, bu qəzetlər vasitəsi ilə onlara gizli materiallar ötürülə bilər. Məmmədovun sözlərinə görə, o Əli İnsanovun “Xalq qəzeti”ni oxumağı özünə təhqir hesab etdiyini eşidib və bundan təəssüflənir.

Previous Post

DAHA BİR BEYNƏLXALQ QURUM PREZİDENTƏ MƏKTUB GÖNDƏRİB

Next Post

NAMAZOV MERİYANIN CAVABINI ABSURD CAVAB HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.