“Toplan” əməkdaşları heyvansevər fəalların həbsini tələb edir

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları 4 fəalı (Aynur Babayeva, Nicat İsmayıl, Elxan Mirzəyev, İlhamə Nəsirova) məhkəməyə verib. İddiaçılar fəalları böhtan və təhqirlərə görə cinayət məsuliyyətinə cəlb etməyi – ya 100 min manat (58 min dollar) cərimələməyi, ya da həbs etməyi tələb edirlər.

İddiaçılar fəalların sosial şəbəkələrdəki statuslarında, yazdıqları şərhlərdə onların işgüzar nüfuzuna xələl gətirib, təhqir məzmunlu ifadələrdən istifadə etdiyini bildirir, – deyə İsmayılov qeyd edib.

Ancaq aktivistlər öz yazılarında heç kəsi təhqir etməyib, “Toplan” işçilərinin sahibsiz itlərə qarşı qəddar rəftarını pisləyiblər. “İtlərə qarşı amansız rəftara etiraz etdik”, – deyib İsmayıl. Onun sözlərinə görə, mərkəz Sovet İttifaqı dövründəki “it qutusu” təcrübəsini davam etdirir, o vaxt sahibsiz itləri tutub öldürürdülər.

Avqustun 23-də Xətai Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. “Vəkilimiz olmadığı üçün iclası təxirə salmağı xahiş etdik. Hakim iclası avqustun 30-dək təxirə salıb. Ümid edirik ki, bu absurd iddia icraata qəbul edilməyəcək ”, – deyə İsmayılov bildirib.

NIDA vətəndaş hərəkatı “Toplan” Mərkəzindən şəffaf fəaliyyət aparmağı, könüllülərə qapılarını açmağı, küçələrdə tutulan heyvanların taleyi haqqında məlumat verməyi tələb edərək fəalların müdafiəsinə qalxıb.

“Toplan” Mərkəzinin nümayəndələrindən şərh almaq mümkün olmadı. Fəallara qarşı Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə iddia qaldırılıb. Hər iki halda onları altı aya qədər həbs cəzası verilə bilər.

Previous Post

AXCP fəalı polisdən prokurorluğa şikayət edib

Next Post

Toplan employees demand the arrest of animal rights activists

Start typing to see posts you are looking for.