xeberman.com saytın rəhbəri Polad Aslanov aclığa başlayıb

Həbsdə olan xeberman.com saytın rəhbəri Polad Aslanov dünən, yanvarın 6-sı aclıq elan edib. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, jurnalist aksiyaya işinin yenidən araşdırılması tələbilə başlayıb. O, həmçinin Ali Məhkəmənin onun kassasiya şikayətinə baxılmasını gecikdirməsinə etiraz edir.

“Dünən Poladla görüşdüm, o mənə dedi ki, Prezident İlham Əliyevə, Baş Prokuroru Kamran Əsədova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə yazdığı heç bir müraciətə cavab verilmir.

Polad həmçinin onun kassasiya şikayətinin baxılmamasından narazıdır. Ötən ilin fevral ayında apellyasiya şikayətinə baxılıb, amma Ali Məhkəmədə indiyə qədər proses təyin edilməyib”, deyə həyat yoldaşı bildirib.

G.Aslanovanın sözlərinə görə, son iki ay jurnalistin müraciətlərinin saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsindən kənara çıxmağa imkan verilmir. “Rəis ona deyir ki, “sən müraciətləri çox sərt yazırsan””, deyə G.Aslanova bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhkum edilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Previous Post

The prosecutor’s office does not answer Yagublu about the investigation of his complaint

Next Post

Founder of the website xeberman.com Polad Aslanov started a hunger strike

Start typing to see posts you are looking for.