Bəyanat: Əvəz Zeynallıya azadlıq! Müstəqil mediaya hücumlara son qoyun!
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 16 aydır ki həbsdə saxlanmasını kəskin şəkildə qınayır, hökuməti jurnalisti həbsdən azad etməyə və ona bəraət verməyə çağırır. RATİ son məhkəmədə dövlət ittihamçısının Əvəz Zeynallıya 11 il həbs cəzası istəməsini...