Bəyanat: Vətəndaş Cəmiyyətinə Hücumlara Son Qoyulsun

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) QHT nümayəndələrinin Xaçmaz rayonunda təzyiqə məruz qalmasını, qanunsuz olaraq tutulmasını qətiyyətlə pisləyir və hökuməti vətəndaş cəmiyyətinə qarşı düşünülmüş təqib siyasətinə son qoymağa, vətəndaş cəmiyyətinin müstəqil və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin etmək üçün normativ-hüquqi bazanı təkmilləşdirmək istiqamətində konkret addımlar atmağa çağırır. RATİ prezident seçkiləri ərəfəsində hökumətin jurnalistləri, fəalları və QHT üzvlərini susdurmaq və nüfuzdan salmaq kampaniyasına başlamasından ciddi narahatlıq hissi keçirir. Hökumətin vətəndaş cəmiyyətinə qarşı təzyiqlərinin artdığı bir vaxtda, fevralın 12-də Xaçmaz polisi RATİ-nin proqram rəhbəri və hüquqşünası Günay İsmayılova və...
Start typing to see posts you are looking for.