Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Fevralın 6-da Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) ittihamı epizodu üzrə əlavə şahid kimi dəvət edilmiş Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin iqtisadi məsələlər üzrə eksperti Farzixan Cəfərov prosesdə ifadə verib. Şahid bildirib ki, Vergilər Nazirliyinin(VN) “Xural” qəzetində apardığı səyyar yoxlamaların nəticələrinin ekspertizasını aparıb. Müdafiə tərəfinin suallarını cavablandıran ekspert bildirib ki, yoxlama düzgün aparılmayıb. Belə ki, 2008-2011-ci illər ərzində qəzetin tirajı standart rəqəmlərlə götürülüb və 100 faiz...
Start typing to see posts you are looking for.