İdrak Abbasov

dekabr 18th, 2012

Xəbər Redaktoru


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

İdrak Abbasov RATİ-nin xəbər yayımına nəzarət edir. O, RATİ-nin və Obyektiv TV-nin baş redaktorudur.
İ.Abbasov jurnalistika fəaliyyətinə 1995-ci ildən başlayıb. 17 illik peşə fəaliyyəti ərzində İ.Abbasov Böyük Britaniyanın “Hərb və Sülh İcmalları İnstitutu”(IWPR) və “Ayna/Zerkalo” qəzetləri kimi müxtəlif yerli və beynəlxalq media qurumları ilə əməkdaşlıq etmişdir.
Abbasov jurnalist bacarıqlarına görə 2007-ci ildə yerli “Media Açarı” mükafatına, 2012-ci martın 28-də isə Londonda Senzura İndeksi təşkilatının “İfadə Azadlığı Mükafatı”na layiq görülüb.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan İdrak Abbasov jurnalistika fəaliyyəti ilə məşğul olduğu zaman IWPR, Azərbaycan Jurnalistika Məktəbi və Media Hüquqları İnstitutunun həyata keçirdiyi təlim və seminarlarda iştirak edib.
idrakabbas@gmail.com