Tatyana Kryuçkina

dekabr 18th, 2012

Administrativ və Maliyyə Meneceri


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

Tatyana Kryuçkina RATİ tərəfindən həyata keçirilən bütün layihələr üzrə maliyyə uçotunu aparır və maliyyə fəaliyyətinin düzgünlüyünü yoxlayır. O, maliyyə hesabatlarının tələb olunduğu vaxtda donorlara çatdırılmasını, büdcə monitorinqini, daxili nəzarəti və bütün proqramlar üçün maliyyə menecmentini həyata keçirir.
Kryuçkina RATİ-nin maliyyə fəaliyyətinə, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət edir. O, həmçinin insan resurslarının idarə edilməsi fəaliyyətini də həyata keçirir.
Tatyana Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix fakültəsini bitirib. O, beynəlxalq təşkilatların xətti ilə maliyyə menecerləri üçün təşkil edilmiş bir sıra seminarlarda iştirak etmişdir.
finance@irfs.org