Baxış/Missiya/Fəaliyyət planı

December 18th, 2012

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ifadə və mətbuat azadlığının dövlət tərəfindən məhdudlaşdırılmasına cavab olaraq 2006-cı il Ümumdünya Mətbuat Azadlığı günündə iki azərbaycanlı jurnalist tərəfindən təsis olunmuş yerli qeyri-hökumət təşkilatıdır. RATİ 2007-ci ilin Oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi təşkilatının (IFEX), 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü (GNI) təşkilatının üzvüdür.

Baxış: RATİ hesab edir ki, cəmiyyətdə vətəndaşların öz fikirlərini azad şəkildə ifadə edə bilməsi, onların bu fikirlərinin dinlənməsi və vətəndaşların qərar qəbul etmə prosesində sərbəst iştirakı üçün əlverişli şərait olmalıdır. RATİ vətəndaşların informasiya müxtəlifliyi və müstəqil xəbərlə tam təmin olunması ideyasının tərəfdarıdır.

Missiya: RATİ əminliklə bildirir ki, ifadə azadlığı olmadan demokratiya və inkişaf ola bilməz. Bu səbəbdən Azərbaycanda ifadə azadlığının qorunması və təşviqi RATİ-nin əsas missiyasıdır.

Dəyərlər:
• İnnovativlik, çatımlılıq və texnologiya
• Şəffaflıq
• Qətiyyətlilik

Fəaliyyət planı:
• İfadə və informasiya azadlıqlarının qorunması
• Əsas insan haqlarının təşviqi
• Medianın tənzimlənməsi sahəsi ilə məşğul olmaq
• İKT və rəqəmsal medianın tətbiqi və onların inkişafına dəstək

RATİ 2007-ci ilin oktyabrından Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX) təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü (GNI) təşkilatının üzvüdür.