Baş Prokurorluq Azadinfo.az saytının təsisçisini saxlayıb

Azadinfo.az saytının rəhbəri Mahir Xəttab hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırma Azərbaycan baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən saxlanma faktını təsdiqləyiblər, lakin detalları açıqlamayıblar. Bildiriblər ki, daha sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, son vaxtlar geniş auditoriyaya çox məlum olmayan bəzi saytların rəhbərləri analoji ittihamlarla həbs edilib.

Previous Post

The activist of the PFPA is imprisoned in a punishment cell

Next Post

The Prosecutor General’s Office detained the founder of the site Azadinfo.az

Start typing to see posts you are looking for.