Vətəndaş və İnkişaf Partiyasının sədri, həbsdə olan Əli Əliyevə qarşı yeni cinayət işi açılıb.
Partiyadan verilən məlumata görə, bu dəfə Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) ittiham olunur. Əsasən o, kamera yoldaşını döyməkdə ittiham olunur.
Əli Əliyev ittihamı rədd edir, onu uydurma və siyasi motivli adlandırır.
Bu, Əliyevə qarşı ard-arda dördüncü cinayət işidir. Partiya hesab edir ki, hakimiyyət hakimiyyəti sərt tənqid etdiyinə görə bu yolla onu uzun müddət təcrid etmək istəyirlər.