AİHM Məmməd İbrahimin işi üzrə qərarını açıqlayıb 

[vc_row][vc_column][vc_column_text]Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 4-də “Məmməd İbrahim Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

2016-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. O, üç il müddətinə azadlıqdan məhrum edilib. Məmməd İbrahim özünü təqsirli bilməyib və Avropa Məhkəməsinə müraciət edib.

O, iddia edirdi ki, barəsindəki hökm əsaslandırılmayıb, icraat zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub.

Hökumət M.İbrahimin iddia etdiyi pozuntuları etiraf edib, ona mənəvi zərərə görə 3,600, xərc və məsrəflərə görə 500 avro ödəməyi təklif edib. Hökumət həmçinin ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyi götürüb.

M.İbrahim bununla razılaşmasa da, AİHM işin araşdırılmasının davam etdirilməsi üçün yetərli əsasların olmadığı qənaətinə gəlib. Məhkəmənin qərardadına görə, hökumət təktərəfli bəyannamədə nəzərdə tutulan təzminat məbləğini əriəzçiyə ödəməli, işə Ali Məhkəmədə yenidən baxılmasını təmin etməlidir.

AİHM-də ərizəçinin maraqlarını vəkil Yalçın İmanov təmsil edirdi.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

ECHR announces judgement on Mammad Ibrahim’s case

Next Post

Court refused to transfer Rail Abbasov to house arrest

Start typing to see you are looking for.