Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalını həbsdə saxlayıb

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Rövşən Səfərovun inzibati həbsinə dair şikayəti təmin etməyib. Bu barədə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, fəal yanvarın 22-də saxlanılıb, lakin bu barədə yanvarın 24-də,  vəkil Binəqədidə inzibati qaydada həbs olunanların saxlanma mərkəzində digər fəal Anar Hüseynova baş çəkərkən məlum olub.  

Hər iki fəal 20 yanvar, hüzn günündə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəhidlər Xiyabanına yürüşündə iştirak edib. Onlar Şəhidlər Xiyabanında yürüşə mane olan polisin hərəkətlərinə etiraz ediblər.

Apellyasiya Məhkəməsi inzibati işlər üzrə ən yüksək instansiya olduğundan müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Previous Post

Court of Appeal leaves PFPA activist under arrest

Next Post

The court again did not release Bakhtiyar Hajiyev

Start typing to see you are looking for.