Apellyasiya Məhkəməsi Hafiz Babalı və Elnarə Qasımovanı həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Apellyasiya Məhkəməsində Abzas Media-nın işi çərçivəsində həbs edilmiş Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının şikayətinə baxılıb.
Şikayət onun ilkin həbs müddətinin 3 ay uzadılması haqqında qərardan verilib.
İclasda müdafiə tərəfi Babalının cinayət təqibi və onun həbsdə saxlanılması üçün hüquqi əsasların olmadığını qeyd edib, bu barədə Turan-a vəkil Rəsul Cəfərov bildirib.
Babalı özü də “qaçaqmalçılıq” ittihamlarını təkzib edib, jurnalist araşdırmalarına görə təqib olunduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Elə bu gün Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması ilə bağlı şikayəti də təmin etməyib. O da ittihamları təkzib edir və jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirir.
* Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçlığı” ittihamı irəli sürülüb. O, məhkəmənin qərarı ilə üç ay müddətinə həbs edilib. Babalı “Abzas Media”nın işi üzrə prosesə cəlb edilib.
** Elnarə Qasımova da yanvarın 13-də eyni iş üzrə saxlanılıb.
Beynəlxalq təşkilatlar Babalı, Qasımova və bu işin digər 4 fiqurantının həbsini pisləyib və onları azad etməyə çağırıb.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Court of Appeal keeps Hafiz Babaly and Elnara Gasymova in custody

Next Post

IHR’s STATEMENT DURING 55th HUMAN RIGHTS COUNCIL SESSSION – INTERACTIVE DIALOG ON A HIGH COMMISSIONER’S REPORT ON CLIMATE CHANGE

Start typing to see you are looking for.