Apellyasiya Məhkəməsi “Meydan” TV-nin jurnalisti Aytac Tapdığı həbsdə saxlayıb

Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

“Aytac Tapdıq prosesdə iştirak edib və deyib ki, 10 ildən çoxdur “Meydan” TV-də işləyir və onun həbsi jurnalist fəaliyyətilə bağlıdır.

Müdafiə tərəfi bu mövqeyi dəstəkləyir və Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu hesab edir, – vəkil deyib.

Onun sözlərinə görə, hətta jurnalistə qarşı cinayət təqibi üçün obyektiv əsaslar olsaydı belə, onun həbsi məqsədəuyğun deyildi.

Vəkil deyib ki, jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.

* 6 dekabr 2024-cü ildə “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə), eləcə də media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

Dekabrın 8-də məhkəmə onları həbs edib.

Jurnalistlər cinayət işini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

Previous Post

The Appeals Court left the Meydan TV journalist Aytaj Tapdyg in custody

Next Post

Trial in the case of Famil Khalilov

Start typing to see you are looking for.