Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun növbəti şikayətini təmin etməyib

[vc_row][vc_column][vc_column_text]Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi və iqtisadçı Qubad İbadoğlunun şikayətini təmin etməyib. O, son 2 ildə olmadığı ofisində axtarış aparılması barədə Nərimanov məhkəməsinin qərarına etiraz edib.

Prosesdə Qubad İbadoğlu özü də iştirak edib. O, axtarış və həbsinin qanunsuz olduğunu bir daha bildirib.

İbadoğlunun qardaşı Qalib Turan-a bildirib ki, Qubad İbadoğlu çox arıqlayıb. Arterial təzyiq və qanda yüksək qan şəkərdən əziyyət çəkir.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək qəbul etmir. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal rejected another complaint of Gubad Ibadoglu

Next Post

Joint statement on the arrest of Gubad Ibadoghlu by the Chair of the Delegation for relations with the South Caucasus, MEP Marina KALJURAND, and the European Parliament’s Standing Rapporteur on Azerbaijan, MEP Željana ZOVKO

Start typing to see you are looking for.