ATƏT–in mətbuat azadlığı üzrə koordinatoru Tereza Riberio Bakıda küçə aksiyasının işıqlandırılması zamanı reportyor Fatimə Mövlamlıya təzyiq faktını pisləyib.
“Fevralın 15-də Azərbaycanda polisin Fatimə Mövlamlıya və digər mətbuat işçilərinə qarşı zorakılığı barədə məlumat qəbuledilməzdir. Jurnalistlər təhlükəsiz şəraitdə işləmək imkanına malik olmalıdırlar. Ümid edirəm ki, hakimiyyət operativ araşdırma aparacaq”, – o, Tvitter hesabında yazıb.