AXCP fəalı Orxan Baxış 20 gün müddətinə həbs edilib

[vc_row][vc_column][vc_column_text]Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxışlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Bu barədə Məhkəmə Hüquq Şurasının elektron məhkəmə saytında məlumat yayılıb.

AXCP-nin məlumataına görə, AXCP Gənclər Komitəsinin məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki şəxslər tərəfindən saxlanılıb.

AXCP sədri Əli Kərimli facebook səhifəsində belə yazıb: “Gənc və mübariz cəbhəçi Orxan Baxışı da şərləyib, 20 sutka müddətinə inzibati qaydada həbs etdilər. Keçmiş siyasi məhbus Orxan bəy son bir neçə gündə həbs edilmiş 5-ci AXCP fəalıdır. Rejimin xalqla mübarizəsi dayanmır. Çox təəssüf ki, hakimiyyət ölkəmizlə işğal edilmiş ərazi kimi davranır. Orxan bəyə və bütün siyasi məhbuslara azadlıq!”.

Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

PFPA activist Orkhan Bakhysh arrested for 20 days

Next Post

The European Court fined Azerbaijan 60 thousand euros in several cases

Start typing to see you are looking for.