AXCP fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunub

[vc_row][vc_column][vc_column_text]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Turan-a dövlət tərəfindən təyin edilmiş vəkil Rəfael Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Həsənov ittihamı təkzib edir. Vəkil məhkəmənin polisin Həsənov barəsində qətimkan tədbiri seçilməsi haqqında vəsatətinə nə vaxt baxacağı haqqında məlumata malik deyildi.
Xatırladaq ki, fəal iki gün əvvəl maşın bazarında mülki geyimli polislər tərəfindən saxlanılıb. Bu, Həsənovun sosial şəbəkələrdə yol polisini tənqid etməsindən, əsassız cərimə tətbiqində ittiham etməsindən sonra baş verib. O, həmçinin ölkə hakimiyyətini tənqid edir, ölkədə qanunların işləmədiyini yazırdı.
AXCP-də hesab edirlər ki, Həsənov məhz bu tənqidə görə məsuliyyətə cəlb olunur.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

PPFA activist accused of drug trafficking

Next Post

The European Court announced 10 decisions on applications from Azerbaijan

Start typing to see you are looking for.