
Avropa Şurası Parlament Assambleyası Azərbaycanda zorakılığın, dözümsüzlüyün səviyyəsinin artmasından, azərbaycanlı jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı davam edən təhdidlərdən narahatdır.
2022-ci il fevralın 22-də jurnalist və hüquq müdafiəçisi, tanınmış LGBT fəalı Əvəz Şıxməmmədov (yaradıcı təxəllüsü Əvəz Hafizli) öz evində qətlə yetirilib.
Onun həyatının qorunması ilə bağlı çoxsaylı müraciətlərə Azərbaycanın hüquq-mühafizə orqanları məhəl qoymayıb.
2022-ci il aprelin 23-də tanınmış bloger və hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu, hakimiyyətin sərt tənqidçisi Bəxtiyar Hacıyev maskalı şəxslər tərəfindən oğurlanıb, ona işgəncə verilib, qeyri-insani rəftara məruz qalıb, o cümlədən üstünə sidik ifraz edilib və bütün bunlar videoya çəkilib. Onlar blogerə tənqidi yazılarını silməyi əmr ediblər.
Hacıyev yazılarını sildikdən sonra sərbəst buraxılıb və ona xəbərdarlıq edilib ki, şərtlərə əməl edilməməsi onun zorlanması və öldürülməsi ilə nəticələnə bilər.
Son iki ayda bir çox araşdırmaçı jurnalistlər Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən dövlət məmurlarına qarşı antikorrupsiya araşdırmalarını dayandırmağı tələb edən xəbərdarlıqlar alıblar.
Əks halda jurnalistlər ölümlə və qəza və ya zəhərlənmə kimi görünəcək ciddi sağlamlıq problemləri ilə hədələniblər.
Bu təhdidlərdən sonra həmin jurnalistlərin bəziləri korrupsiyaya qarşı araşdırmaların dayandırıldığını bəyan etmək məcburiyyətində qalıb, bəziləri isə hələ də işini davam etdirmək qərarına gəliblər.
Parlament Assambleyası qətl və sui-qəsdlərlə bağlı mövcud halları, ölkədə və xaricdə fəaliyyətini davam etdirən azərbaycanlı jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin həyat və azadlıqlarına qarşı davam edən təhdidləri diqqətlə nəzərdən keçirməli və öyrənməli, bu məsələ ilə bağlı geniş hesabat hazırlamalıdır.
Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə, jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat verməyə, onların peşəkar fəaliyyətlərini maneəsiz davam etdirməyə çağırmalıdır.
İmzalandi
Doc. 15521 Motion for a resolution
Signed1:
- LACROIX Christophe, Belgium, SOC
- ÆVARSDÓTTIR Thórhildur Sunna, Iceland,
- SOC ANDRIKIENĖ Laima Liucija, Lithuania, EPP/CD
- ARSLAN Sibel, Switzerland, SOC
- BAYR Petra, Austria, SOC
- BILOZIR Larysa, Ukraine, ALDE
- BOER Margreet, De, Netherlands, SOC
- BRUIJN-WEZEMAN Reina, de, Netherlands, ALDE
- BULAI Iulian, Romania, ALDE
- CILEVIČS Boriss, Latvia, SOC
- COTTIER Damien, Switzerland, ALDE
- EFSTATHIOU Constantinos, Cyprus, SOC
- FRESKO-ROLFO Béatrice, Monaco, ALDE
- FRIDEZ Pierre-Alain, Switzerland, SOC
- GAVAN Paul, Ireland, UEL
- GIOVAGNOLI Gerardo, San Marino, SOC
- GURMAI Zita, Hungary, SOC
- HAJDUKOVIĆ Domagoj, Croatia, SOC
- JENSEN Mogens, Denmark, SOC
- JÓNSSON Bjarni, Iceland, UEL
- KAIRIDIS Dimitrios, Greece, EPP/CD
- KATROUGALOS George, Greece, UEL
- KILJUNEN Kimmo, Finland, SOC
- KÖCK Eduard, Austria, EPP/CD
- MAIRE Jacques, France, ALDE
- MITREA Dumitrina, Romania, EC/DA
- MOUTQUIN Simon, Belgium, SOC
- NORDQVIST Rasmus, Denmark, SOC
- PAREREN Bob, van, Netherlands, EC/DA
- POCIEJ Aleksander, Poland, EPP/CD
- RAMPI Roberto, Italy, SOC
- RUSSELL Simon, United Kingdom, EC/DA
- SCHWABE Frank, Germany, SOC
- SPĂTARU Elena-Simona, Romania, ALDE
- STIENEN Petra, Netherlands, ALDE
- TORNARITIS Nicos, Cyprus, EPP/CD
- WEYEL Harald, Germany, EC/DA
- ZINGERIS Emanuelis, Lithuania, EPP/CD
ALDE: Avropa üçün Liberallar və Demokratlar Alyansı
EC/DA: Avropa Mühafizəkarlar Qrupu və Demokratik Alyans
EPP/CD: Avropa Xalq Partiyasının Qrupu
SOC: Sosialistlər, Demokratlar və Yaşıllar Qrupu
UEL: Vahid Avropa Sol Qrupu