Azerinfo.az saytının rəhbəri saxlanılıb

[vc_row][vc_column][vc_column_text]Azerinfo.az saytının rəhbəri İbrahim Hübmətov (İbrahim Qubadoğlu) saxlanılıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, Hümbətov dekabrın 11-də vətəndaşların müraciəti əsasında saxlanılıb.

“Saytın rəhbəri ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”, deyə DİN-in məlumatında bildirilir.

İbrahimovun vəkili və yaxınları hələlik onun həbsi haqqında məlumatı şərh etməyiblər.

Azerinfo.az saytında bir çox vəzifəli şəxslərin korrupsiya və pozuntulara yol verməsi haqqında ittihamlar yer alan materiallar dərc edilirdi. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Head of “Azerinfo.az website” detained

Next Post

Teymur Kerimov is accused of extortion – Interior Ministry

Start typing to see you are looking for.