Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay uzadılıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha 3 ay uzadıb. Müdafiə bu qərarı qanunsuz hesab edib. Vəkillərin sözlərinə görə, indi Hacıyevin məhkəməyə qədərki həbs müddəti 16 ay olacaq, halbuki, ona irəli sürülən maddələr üzrə istintaq müddəti 13 aydan çox ola bilməz. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

*Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbilə aclığa başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb. Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılma xahişini təmin etmədikdən sonra aclığı bərpa edib və aksiyanın 51-ci günündə onu dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qqnunsuz sahibkarlıq), 193-cü (yalançı sahibkarlıq), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsilə bağlıdır.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb ediblər.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The term of arrest of Bakhtiar Hajiyev has been extended for another 3 months

Next Post

The court refused to transfer the trade union activist to house arrest

Start typing to see you are looking for.