Baş Prokurorluq: “Tərtər işi” üzrə mühakimə edilmiş 9 nəfər azadlığa buraxılıb

“Tərtər işi” üzrə mühakimə olunmuş 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərə bəraət verilib. Bu barədə dekabrın 6-da Azərbaycan Baş Prokurorluğu bildirib.

Bundan öncə dövlətə xəyanətdə və digər cinayətlərə görə mühakimə olunan 19 nəfərin barəsində 3 cinayət işi məhkəməyə qaytarılıb. Onların işlərinə Ali Məhkəmənin Plenumu  tərəfindən “yeni açılmış hallar üzrə” baxılıb.

Əlavə araşdırma zamanı cinayət təqibilə əlaqədar bütün hallar araşdırılıb, 10 nəfərin barəsində dövlətə xəyanət üzrə günah  sübuta yetirilməyib, cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilib və onlar azadlığa buraxılıb.

İstintaq vəfat etmiş Mehman Hüseynov və Elxan Ağazadə ilə bağlı halları tam öyrənib və onlara bəraət verilib.

Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçularının Tərtər, Ağdam və Beyləqan rayonlarında qanunsuz əməllərilə bağlı araşdırmalar davam etdirilir. 2017-ci ilin may-iyun aylarında bir qrup hərbi qulluqçu müvafiq səlahiyyət olmadan və qanunvericili pozaraq işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, ölümlə nəticələnən və digər ağır nəticələrə səbəb olan fiziki və psixoloji zorakılıq tətbiq etməklə şübhəli şəxslərin dindirilməsinə qanunsuz cəlb edilib, məlumatda deyilir.

* 2016-cı ilin aprel döyüşlərindən sonra cəbhənin Tərtər istiqamətində hərbi qulluqçuların böyük bir qrupu həbs olunaraq istintaqa cəlb edilib.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistana casusluq etdiyinə görə bir qrup hərbçinin həbs edilməsi barədə məlumat yayıblar.

İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanların kütləvi işgəncələrə məruz qalmasından 2019-cu ildə xəbər tutub.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfər uzun müddətə azadlıqdan məhrum edilib, 9 nəfər isə işgəncələrdən ölüb. Şahid ifadələrinə, məhkəmə-tibbi ekspertizanın materiallarına görə, müttəhimlərə ağır işgəncələrə məruz qalıblar.

Ölənlərin yaxınlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət əsassız təqib faktlarını etiraf edib və məhkumların işlərinə yenidən baxmağa məcbur olub.

İndiyədək hakimiyyət casusluğa dair sübutları və konkret faktları təqdim etməyib. Güc qurumları rəhbərliyindən heç kim cəzalandırılmayıb və günahını etiraf etməyib.

Previous Post

19 people convicted in “Tartar case” released – Prosecutor General’s Office

Next Post

Two more MUM members arrested

Start typing to see posts you are looking for.