Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudov Ukraynada həbs edilib.
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, Mahmudov 2020-ci il yanvarın10-dan Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) axtarışa verilib.
O, Ukrayna ərazisində saxlanılıb və sentyabrın 18-də Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.