Polisin aksiyanı dayandırmaq cəhdləri müvəqqəti nəticə verib. Onlarla iştirakçını bir müddət bloklayandan sonra polis onlara hərəkətə davam etməyə və mitinqi tamamlamağa icazə verib.
“Mafiya gücünə yox!”, “Zorakılığa yox!” şüarları səsləndirərək, fəallar hərəkətə davam edərək Daxili İşlər Nazirliyinin binasına yaxın çıxıb, aksiyanın qətnaməsini oxuyublar.
“Bu cür cinayətlərə son qoyulmasa, ölkədə siyasi qətllər yenidən başlayacaq. Biz hakimiyyətdən zorakılığa son qoymasını, jurnalistlərə və ictimai fəallara qarşı hücumlara görə məsuliyyət daşıyanların araşdırılmasını və məsuliyyətə cəlb olunmasnı tələb edirik”, – qətnamədə deyilir.