Yanvarın 28-də vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimli ilə görüşüb. Bu barədə bu gün (29 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Elçin Sadıqov məlumat verib.
Vəkilin verdiyi məlumata əsasən Pərviz Həşimli özünü yaxşı hiss etmir, gözündən və ürəyindəki ağrılarından şikayətlənib.
“ Onun şikayəti gözündən və ürəyindən olsada yalnız onun gözünü müayinə ediblər. Bundan başqa P.Həşimli saxlanma şəraitindən, ailəsi ilə görüşə icazə verilməməsindən, mətbuatdan məlumatların almasına şəraitin yaradılmamasından şikayətlənib və bütün bunlar da onun səhhətinə pis təsir edir”,-deyə vəkil əlavə edib.
Xatırladaq ki, Pərviz Həşimli