Vətəndaş və İnkişaf Partiyasının sədri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli Əliyevin ailəsilə telefon əlaqəsi bərpa edilib və o, ailəsinə zəng edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.
Bu məlumatı vəkil Toğrul Babayev də təsdiqləyib.
Bundan öncə vəkil bildirmişdi ki, avqustun 21-dən Əli Əliyev yaxınlarına zəng edə bilmir.
Avqustun 30-da Əliyevin xanımı həyat yoldaşının telefon danışıqlarından məhrum edilməsilə bağlı ombudsmana müraciət edib.
Əli Əliyev bu ilin yanvarından böhtan ittihamı ilə üç dəfə, ümumilikdə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.