İstintaq Təcridxanasında aclıq edən Fazil Qasımovun vəziyyəti pisləşib 

İqtisadçı alim Qubad İbadoğlunun cinayət işi üzrə həbs olunmuş Fazil Qasımov İstintaq Təcridxanasında iyunun 14-də başladığı aclıq aksiyasını davam etdirir. 

Nəticədə onun vəziyyəti pisləşib, bu barədə qardaşı Nazim Qasımov bildirib.

“Biz Fazillə telefonla danışdıq. Onun vəziyyəti ağırdır, səsi zəif gəlir. Mədəsində qansızma var idi, buna qədər iki dəfə mədəsindən əməliyyat olunub. Lakin Fazil ədalətli araşdırmaya inamını itirib və sonuna qədər aclıq etmək niyyətindədir”, deyə qardaşı bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Bir müddət əvvəl hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Qasımov saxlanılarkən və sonradan işgəncələrə, ləyaqəti alçaldan davranışa məruz qalıb və İbadoğluna iftira atmaq məcburiyyətində qalıb. Sonradan o, İbadoğluna qarşı verdiyi ifadələrdən imtina edib.

İqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib, burada saxta pul hazırlamaqda ittiham olunub. Həmin vaxt hakimiyyətyönlü KİV onun həbsinin bənzər ittihamlarla həbs olunmuş müxalif siyasətçi Qubad İbadoğlunun işi ilə bağlı olduğu haqqında məlumat yayıb.
Previous Post

Fazil Gasymov’s condition in pre-trial detention center worsens due to hunger strike.

Next Post

Tofiq Yagublu’s action in the courtroom

Start typing to see you are looking for.