Jurnalist Şamo Eminov təcridxanada əlini kəsib

“Kanal-13” İnternet televiziyasının əməkdaşı Şamo Eminovun barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Turan-a onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, məhkəmə iclası zamanı müdafiə tərəfi jurnalistin həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmadığını göstərib.

Bundan əlavə, səhhətində ciddi problemlər var, son vaxtlar böyrəyində kəskin ağrı var,  bu yaxınlarda mədəsindən qan gəlib.

Lakin məhkəmə müdafiə sübutlarını nəzərə almayıb və şikayəti təmin etməyib.

Jurnalistin yaxınları isə bildirib ki, bir neçə gün öncə o, intihara cəhd edib. Belə ki, o, 1 saylı Bakı İstintaq Təcridxanası rəhbərliyinə çağırılıb, orada təhqir və təhdidlərə məruz qalıb. Bundan sonra Eminov  şüşə parçası ilə əlini kəsib. Hazırda təcridxananın tibb müəssisəsindədir.

Öz növbəsində Penitensiar Xidmətin mətbuat xidmətindən Turan-a bildirilib ki, “Şamo Eminov ilə bağlı iddia olunan məsələlər tam əsassızdır, onun şəxsi təhlükəsizlik hüququ, tibbi təminatı, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquq və azadlıqları tam təmin olunur”.

* “Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov 22 dekabr 2023-cü ildə saxlanılıb. Məhkəmə onu “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittihamı ilə üç ay müddətinə həbs edib.

Bundan əvvəl, 27 noyabr 2023-cü ildə “Kanal-13”ün rəhbəri Əziz Orucov eyni ittihamla həbs edilib. Hüquq müdafiəçiləri hər iki jurnalisti siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Journalist Shamo Eminov cut his hand in jail

Next Post

Court in Baku sentences oppositionist to 5 years of imprisonment

Start typing to see posts you are looking for.