Məhəmməd Kekalovun həbs müddəti 3 ay uzadılıb

İyunun 12-də Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media”nın əməkdaşı Məhəmməd Kekalovun ilkin həbs müddətini 3 ay uzadıb.

Həbs müddətinin uzadılması haqqında təqdimatı istintaq orqanı verib. Kekalovun həbs müddəti sentyabrın 20-nə qədər uzadılıb.

* 20 noyabr 2023-cü il tarixindən etibarən Abzas Media-nın altı jurnalisti və mətbuat işçisi “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etməyiblər, cinayət işini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılmış jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.
Previous Post

Term of arrest of Mohammed Kekalov extended for another 3 months

Next Post

The ECHR has recognized the illegal blocking of 4 websites in Azerbaijan

Start typing to see you are looking for.