Məhkəmə “Abzas Media”nın jurnalistlərini ev dustaqlığına keçirməkdən imtina edib

İyulun 3-də Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənlinin, bu onlayn nəşrin baş redaktoru Sevinc Vaqifqızının və həmin KİV-in jurnalisti Elnarə Qasımovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatətlərə baxılıb.

Bu barədə Turan-a onların vəkilləri bildirib.

Jurnalistlər hesab edirlər ki, onların həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

Lakin hakim Sülhanə Hacıyeva hər üç jurnalist barəsində vəsatətləri təmin etməyib.

Vəkillər bu qərarlardan apellyasiya şikayətləri verəcəklər.

Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbslərini peşəkar jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

* 20 noyabr 2023-cü il tarixindən etibarən Abzas Media nəşrinin altı jurnalisti və mətbuat işçisi “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs olunub. Onlar ittihamları təkzib ediblər, cinayət işini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıblar.
Previous Post

Court refused to transfer “Abzas Media” journalists under house arrest

Next Post

Despite Alesker Mammadli’s illness, the court extended his arrest for another three months

Start typing to see you are looking for.