Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin şikayətini təmin etməyib

Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci  maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

“Bu hökmün hüquqi əsası yoxdur. Məhkəmə siyasi xarakter daşıyır”, – Kərimli deyib.

O bildirib ki, məhkəmənin qərarının ləğv olunması üçün hüququ yolların hamısından istifadə edəcək. “Ali Məhkəməyə müraciət edəcəm. O da şikayətimi təmin etməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm”,- Kərimli qeyd edib.

2024-cü il dekabrın 2-də hakim Babək Pənahovun sədrliyilə Nəsimi Rayon Məhkəməsi Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

Qarşı tərəfin vəkili məhkəmədən Kərimliyə 6 ay həbs istəyib.

Ərizəçi Aydın Əliyev Əli Kərimlinin böhtana görə məsuliyyətə cəlb edilməsini istəyib.

Kərimliyə qarşı iddia onun aşağıdakı fikirlərilə əlaqədar irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib”.

Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə partiya sıralarından kənarlaşdırılıb.

Aydın Əliyev ümumi yığıncağın qərarının ləğv edilməsi, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlüyünə və Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət- Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması tələbilə Nəsimi Rayon Məhkəməsinə  müraciət edib 2020-ci ilin iyununda iddia təmin edilib.

Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Previous Post

Court fails to satisfy PPFA chairman’s complaint

Next Post

Appeal court keeps activist Jalal Javadov under arrest

Start typing to see you are looking for.