Məhkəmə İqbal Əbilovu həbsdə saxlayıb

Noyabrın 4-də Bakının Səbail Rayon Məhkəməsində talış tədqiqatçısı İqbal Abilorun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Lakin istintaq orqanı buna qarşı çıxıb, vəkil Rövşanə Rəhimova jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ittiham tərəfinin mövqeyi ənənəvi ümumi mülahizlrəəsaslnanıb ki, Əbilov azadlıqda olarsa “istintaqın gedişinə təsir göstərə bilər” və s.

Müdafiə tərəfi məhkəmənin qərarı ilə razılaşmır və apellyasiya şikayəti verəcək.

* İqbal Əbilov iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Xüsusən, bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.

Əbilov ittihamları qəbul etmir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsində köməklik göstərilməsi xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

The court refused to transfer Igbal Abilov to house arrest

Next Post

Supreme Court upholds sentence of head of demokratik.az website

Start typing to see you are looking for.