Məhkəmə jurnalistin telefon danışıqlarına və yaxınları ilə görüşlərinə qadağa qoyulmasına dair şikayəti təmin etməyib

[vc_row][vc_column][vc_column_text]Cümə axşamı Bakının Xətai Rayon Məhkəməsi həbsdə olan jurnalist Nərgiz Absalamovanın ailə üzvlərilə görüşlərinə və telefon danışıqlarına dair şikayətini təmin etməyib. Jurnalist özü məhkəməyə aparılmayıb. Müdafiə tərəfi Absalamovanın iştirakının təmin edilməsi üçün dinləmələrin təxirə salınması barədə vəsatət qaldırıb, lakin vəsatət təmin edilməyib, vəkil Şəhla Hümbətova Turan-a bildirib.
İstintaq qadağanı onunla əsaslandırır ki, “bu cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik yarana bilər”.
Vəkil bu iddiaları əsassız hesab edir. Hümbətovanın fikrincə, Absalamovanı qohumlarıyla ünsiyyətdən tamamilə məhrum etməyə ehtiyac yoxdur və görüşlər nəzarətçilərin müşahidəsi altında təşkil edilə bilər. Ancaq şikayət təmin edilməyib. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.
*Nərgiz Absalamova ötən il noyabrın 20-dən “Abzas Media işi üzrə” həbs edilən altı jurnalist və media işçisindən biridir. Onların hamısı valyuta qaçaqmalçılığında ittiham olunur. Jurnalistlər ittihamları rədd edirlər və onlara qarşı cinayət təqiblərini Abzas Media-nın antikorrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court did not satisfy the journalist’s complaint about the ban on telephone conversations and meetings with loved ones

Next Post

After 15 years, the ECHR recognized the violation of the rights of Emin Milli and Adnan Hajizade

Start typing to see you are looking for.