Məhkəmə S.Vaqifqızının ailə üzvləri ilə görüşməsinə və telefon danışıqlarına qadağadan verdiyi şikayəti təmin etməyib

[vc_row][vc_column][vc_column_text]Dekabrın 6-da Xətai Rayon Məhkəməsində Abzas Media internet nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşməsinə və telefon danışıqlarına qoyulmuş qadağadan verdiyi şikayət üzrə proses keçirilib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, hakim Bəxtiyar Məmmədov nə vəkilə, nə müstəntiqə, nə Vaqifqızının özünə xəbər vermədən işə baxıb.
“Məhkəmə şikayəti təmin etməyib və qadağanı qüvvədə saxlayıb. Mən qərarı sonradan öyrəndim”, deyə vəkil bildirib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Xətai Rayon Məhkəməsindən şərh almaq mümkün olmayıb.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court did not satisfy the complaint by Vagifgizi against the prohibition of meetings and telephone conversations with relatives

Next Post

Pressure on Ulvi Hasanli in prison

Start typing to see you are looking for.