Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi haqqında təkrar vəsatəti təmin etməyib. Müdafiə tərəfi bu qərardan şikayət vermək niyyətindədir.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin israrlı çağırışlarından və ailə üzvlərinin xahişlərindən sonra dekabrın 28-də axşam aclığı dayandırıb.