“Müsəlman Birliyi”nin himninin müəllifi Kamran Ferat saxlanılıb

[vc_row][vc_column][vc_column_text]Bu gün mülki geyimli şəxslər “Müsəlman Birliyi” Hərəkatının fəalı, bu təşkilatın himninin müəllifi Kamran Feratı evindən aparıblar.
Fəalın həyat yoldaşı onun saxlanılmasını videoya çəkib. Kadrlarda gəncin Bayıl qəsəbəsindəki evindən çıxarılması, avtomobilə mindirilib aparılması əksini tapıb.
Fəalın həyat yoldaşı onun üzərinə narkotik maddə qoyula və həbs oluna biləcəyini təxmin edir.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Ferat Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıb.
Onun sözlərinə görə, Ferat bundan əvvəl qısamüddətli həbslərə məruz qalıb, onun ölkədən çıxışı qadağan edilib.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Kamran Ferat, the author of the anthem of “Muslim Unity” was detained

Next Post

The European Union called for the immediate release of Gubad Ibadoglu and Bakhtiyar Hajiyev

Start typing to see you are looking for.