“Müsəlman Birliyi” Hərəkatının daha iki üzvü həbs edilib

“Müsəlman Birliyi” Hərəkatının üzvləri Nicat Əliyev və Samir Babayev müvafiq olaraq 4 və 2 ay müddətinə həbs ediliblər. Onlar narkotik maddələrin qanunsuz alverində ittiham olunurlar. Bu barədə onların yaxınları bildiriblər.

Doğmaları təqsirləndirilən şəxslərə qarşı konkret hansı ittihamların irəli sürüldüyünü bilmirlər.

Əliyev dekabrın 1-də, Babayev isə dekabrın 2-də saxlanılıb.

Bundan öncə, noyabrın 23-də “Müsəlman Birliyi” Hərəkatının digər fəalı Şahin Qədirli narkotik maddə alveri ittihamı ilə həbs edilib.

Hərəkat qısa müddətdə üç üzvünün həbs olunmasını özbaşınalıq və qanunsuzluq hesab edir.

Təşkilat qanunsuz həbslərə son qoyulmasını, haqsız yerə həbsdə olan bütün fəalların azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə dövlət quruluşunu zorla dəyişdirməyə cəhd ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bağırzadə və tərəfdarları İran rejiminə öz rəğbətlərini gizlətməyiblər.

Previous Post

Two more MUM members arrested

Next Post

Another MU member detained

Start typing to see posts you are looking for.