[vc_row][vc_column][vc_column_text]Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini “Kanal 13” İnternet TV-nin direktoru Əziz Orucovu azad etməyə və ona qarşı ittihamları ləğv etməyə çağırıb. Bu barədə NHK-nin bəyanatında deyilir.
Orucov Azərbaycanda son günlərdə həbs olunan dördüncü jurnalist oldu. Hakimiyyət əvvəlcə hökumətdə korrupsiya faktlarını araşdırdıqlarına görə Abzas Media onlayn resursunun üç jurnalistini həbs edib.
NHK-də qeyd edirlər ki, Orucov ilk dəfə təqibə məruz qalmır. 2017-ci ildə məhkəmə onu qanunsuz sahibkarlıqdatəqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. Bir il sonra onu şərti azadlığa buraxıblar.
[/vc_column_text][/vc_column][/vc_row]