Xalq Cəbhəsi Partiyasının fəalı, bu gün 13 il müddətinə azadlıqdan məhrum edilmiş Niyaməddin Əhmədov 15 gündür ki, aclıq aksiyasını davam etdirir.
Onun atası Arif əhmədov jurnalistlərə bildirib ki, Niyaməddin aksiyanı dayandırmaq niyyətində deyil. “Mən nə qədər xahiş etdim, o qulaq asmadı. Törətmədiyim cinayətə görə 13 il həbsxanada qalmaqdansa ölmək yaxşıdır “, – ata Niyaməddinin sözlərini çatdırıb.