“Tərtər işi” üzrə zərərçəkənlərin qohumları yeni istintaqın gedişindən narazıdırlar
Bu gün "Tərtər işi" üzrə fiqurantların qohumları Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. Onlar təkrar istintaqın, məhkumlara və əziyyət edilmiş hərbçilərə qarşı işgəncə faktlarının araşdırılmasının gedişindən narazıdırlar.
Aksiya iştirakçıları qeyd ediblər ki, istintaqın yenilənməsinə baxmayaraq, işlərin saxtalaşdırılmasında, işgəncələrdə və qətllərdə əli olan məmurların bir çoxu məsuliyyətdən kənarda qalıb.
Onlar bütün günahkarların cəzalandırılmasını tələb ediblər.
Etirazçıların nümayəndələri Baş Prokurorluğa dəvət olunub.
* 2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan...