Məhkəmə Abzas Media jurnalistinin həbs müddətini 3 ay uzadıb

[vc_row][vc_column][vc_column_text]Martın 7-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımovanın ilkin həbs müddətini 3 ay – iyunun 13-nə qədər uzadıb.
Vəkil Ayşə Abdel Qadirin Turan-a verdiyi məlumata görə, jurnalistin həbsdə saxlanılması üçün heç bir maddi və prosessual əsas yoxdur. Müdafiə tərəfi məhkəmənin diqqətini alternativ qətimkan tədbirlərinin mövcudluğuna çəkib. Qasımova özü bildirib ki, peşə fəaliyyətinə görə təqib olunur.
Müdafiə tərəfi məhkəmənin qərarından şikayət vermək niyyətindədir.
* Elnarə Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunaraq saxlanılıb. Yanvarın 15-də məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. O, Abzas Media-nın işi üzrə məsuliyyətə cəlb edilmiş jurnalist və mətbuat işçilərinin altıncısı olub.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The court extended the term of arrest of the “Abzas Media” journalist for 3 months

Next Post

The term of arrest of Hafiz Babaly has also been extended for 3 months

Start typing to see you are looking for.