“Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları etiraz aksiyası keçirib

Bu gün, avqustun 12-i “Gəncə işi” üzrə həbs olunanların yaxınları Prezident Administrasiyasının binası qarşısında  “Gəncə məhbuslarına azadlıq!”, “Sifarişli məhkəmələrə son!” şüarları ilə etiraz aksiyası keçirib. Onlar övladlarının günahsız həbs edildiyini bildirib və bəıraət verilməsini tələb edib.

Polis aksiyaya müdaxilə edib, qarşıdurma olmayıb. Polis rəsmiləri aksiya iştirakçılarına pandemiya ilə əlaqədar Prezident Administrasiyasına qəbul edilmyəcəklərini bildirib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov və digər 11 nəfərin məhkəmə prosesidavam etdirlir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 19 ildən 28 ilədək, Yunis Səfərova isə  ömürlük həbs cəzası istəyib.

2018-ci  il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.

Previous Post

Opposition activist Agyl Gumbatov detained

Next Post

Relatives of the defendants in the “Ganja case” held another protest action

Start typing to see posts you are looking for.