Gənc fəallar hakim partiyanın ofisi qarşısında etiraz aksiyası keçiriblər

Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.

Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o cümlədən jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də  digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Aksiya iştirakçıları “Rədd olsun irtica!”, “Yaşasın Cümhuriyyət!” şüarları səsləndiriblər.

Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, polis bölmələrinə aparıb. B barədə saxlanılanlardan biri – Rüstəm İsmayılbəyli öz facebook səhifəsində yazıb.

DİN isə heç kimin saxlanılmadığını, sadəcə olaraq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırıldığını bildirir.

Previous Post

PFPA activist will appear before the court

Next Post

Youth activists held a protest rally in front of the ruling party office

Start typing to see posts you are looking for.