Jurnalistin kompüterinə baxış keçirilib

sx_324220488_dp

Fevralın 25-i “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılova növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Bu barədə bu gün (25 fevral ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.
X. İsmayılova qeyd edib ki, İstintaq İdarəsində onun şəxsi kompüterinə, elektron poçt ünvanına, “Skype” hesabına və “Facebook” sosial şəbəkəsində olan hesabına baxış keçiriblər. Bundan başqa Xədicə İsmayılova ilə Milli Təhlükəsizlik Nazirliyinin sabiq müstəntiqi Ramin Nağıyevlə əvvəl ki, yazışmalarına da baxıblar.
“ Bu gün yenidən ifadə verdim və mənə məlum olub ki, fevralın 19-dan evimdə, sosial şəbəkələrdəki bütün ünvanlarımda axtarış aparılması ilə bağlı məhkəmə qərarı olub, ancaq axtarış aparılmayıb. Bu qərarın hansı əsasla verildiyi mənə aydın deyil, çünki mən istintaqın istədiyi bütün məlumatları, hətta kompüterimi də təqdim etmişəm”,- deyə jurnalist Xədicə İsmayılova bildirib.
Xatırladaq ki, Xədicə İsmayılova fevralın 17-də “Facebook” şəbəkəsində yerləşdirdiyi, Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənədə görə şahid qismində dindirilir. Həmin materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona 2011-ci ildə hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin ötürdüyünü deyir.

Previous Post

Investigation conducts search through journalist’s computer

Next Post

Anar Mammadli refuses to recognize the state-conducted audit of his organization

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.