Məhkəmə yenə də iflicli fəalı azadlığa buraxmadı

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I qrup əlil, iflicli  fəal Famil Xəlilovun cinayət işi üzrə hazırlıq iclası başa çatıb.

Vəkil Bəhruz Bayramov onun  həbsinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb.

O, məhkəmədən fəalın fiziki vəziyyətinin və bir aya yaxın aclıq aksiyası keçirdiyini nəzərə alınmasını istəyib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Xəlilov  özünün “faşist zindanlarında əsir kimi” hiss etdiyini deyib.

O arxasını məhkəməyə çevirb.

İşin mahiyyəti üzrə baxışı sentyabrın 26-na təyin edilib.

* Bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədilə küllü miqdarda narkotik maddə hazırlama, daşıma, saxlama) ittiham irəli sürülüb. Fəalın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddə ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Qohumları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını bildirirlər.

Avqustun 15-də Famil Xəlilov azadlığa buraxılmaq tələbilə aclığa başlayıb.

https://youtube.com/watch?v=8QANVicZewg%3Ffeature%3Doembed

Previous Post

The court again did not release the paralyzed activist

Next Post

Court of Appeal keeps Iqbal Abilov under arrest

Start typing to see you are looking for.