Niyaməddin Əhmədov aclığı aksiyanın 21 -ci günündə dayandırdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aclığı aksiyanın 21 -ci günündə dayandırdı. O bu addımı yaxınlarının və AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atdı. Bu barədə Turana vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.

Sonradan  ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.

Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.

Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Sentyabrın 22-dən, prokurorun Əhmədovun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edir.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

Previous Post

Elmir Abbasov, detained at the protest rally, arrested for 30 days

Next Post

Niyameddin Akhmedov ends hunger strike on the 21st day

Start typing to see posts you are looking for.