Əli Əliyevə qarşı yeni cinayət işi üzrə məhkəmə başlayıb

Oktyabrın 28-də Bakının Sabunçu Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının lideri, üç ittiham hökmü əsasında həbsdə olan Əli Əliyevə qarşı cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.

Sərhəd xidmətinin polkovnik-leytenantı Emil Cəfərov ona qarşı xüsusi ittiham qaydasında şikayət verib. Sərhəd xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı analoji şikayətlə müraciət edib. Bu şikayət əsasında Əliyev daha bir ay həbs cəzası alıb.

Onların hər ikisi noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanlardır.

İddiaya 9 dekabr 2021-ci il tarixində Əliyevin Osmanqızı TV Youtube- kanalına verdiyi müsahibə səbəb olub.

Əsasən Əliyev ehtimal edib ki, vertolyot xarici təsir nəticəsində qəzaya uğraya bilər, ona görə də Sərhəd Xidmətinin vertolyotuna hücum Azərbaycan sərhədinə hücum kimi qiymətləndirilməlidir.

Əliyev təxribatın arxasında uzun müddətdir ki, Azərbaycan sərhədini nəzarətə götürməyə çalışan Rusiyanın ola biləcəyini istisna etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əliyevin cəzası 1 ilədək artırılıb.

Yeni iş üzrə Əliyev Cinayət Məcəlləsinin 127.2.3 1-ci maddəsilə (qəsdən sağlamlığa zərər vurma)  ittiham olunur.  Əliyev öz kamera yoldaşına bədən xəsarəti yetirməkdə ittiham olunur.

Hakim Anar Rzayevin sədrliyilə keçirilən prosesdə Əliyev ittihamı uydurma və siyasi motivli adlandırıb.

İclasda o, bir sıra vəsatətlərlə çıxış edib. Bu barədə “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov bildirib.

“Əli Əliyev onunla eyni kamerada saxlanılan məhbusların proses zamanı dindirilməsini xahiş edib. O bunu məhbusların zərərçəkmiş kimi tanınan məhkumun şəxsiyyətini xarakterizə etmələrinin zəruriliyilə əsaslandırıb”, – Səfərov deyib.

Onun sözlərinə görə, Əliyev istintaqın hərəkətlərini də tənqid edərək bildirib ki, prokurorluq və Daxili İşlər Nazirliyi siyasi hakimiyyətin əlində alətdir.

Əli Əliyev cinayət işinə xitam verilməsini tələb edib. Lakin dövlət ittihamçısı buna etiraz edib. Hakim müdafiə tərəfinin vəsatətlərini təmin etməyərək mahiyyəti üzrə dinləmələri noyabrın 5-nə təyin edib.

Previous Post

Trial on new criminal case against Ali Aliyev

Next Post

Group of PACE deputies initiates resolution on growing number of political prisoners in Azerbaijan

Start typing to see posts you are looking for.